media-inshot_20260513_203606919

Son dövrlərdə müxtəlif yoluxucu xəstəliklər, o cümlədən hantavirusla bağlı məlumatların artması əhali arasında müəyyən narahatlıq yaradır. Bu virus əsasən gəmiricilər vasitəsilə yayıldığı üçün onun real risk səviyyəsi ölkənin ekoloji və gigiyenik şəraitindən, həmçinin insanların gündəlik davranış vərdişlərindən asılı olaraq dəyişə bilər. Ona görə də mövzunu həm tibbi, həm də profilaktik baxımdan düzgün qiymətləndirmək vacibdir.

Hantavirusun yayılma yolları, Azərbaycanda əhali arasında real yoluxma riski, risk qrupları və vətəndaşların gündəlik həyatda hansı profilaktik tədbirlərə əməl etməsi lazımdır?

Bu barədə ailə həkimi Dr. Pənah Pənahov Patrul.az-a açıqlamasında bildirib ki, Azərbaycanda hantavirus riski aşağıdır və qorunmaq üçün gigiyena, maska və gəmiricilərlə mübarizə vacibdir:

“Son günlər hantavirusla bağlı yayılan məlumatlara baxmayaraq, hazırda Azərbaycanda bu virusun geniş yayılma riski çox aşağıdır.

Hantavirus əsasən siçan və digər gəmiricilərin sidik və nəcisi ilə çirklənmiş tozun nəfəs yolu ilə qəbul edilməsi nəticəsində insana keçir. İnsandan insana yoluxma demək olar ki, müşahidə olunmur.

Risk qrupuna kənd təsərrüfatı işçiləri, anbar və zirzəmilərdə çalışan şəxslər, eləcə də gəmiricilərlə təmasda olan insanlar daxildir. Əsas əlamətlər yüksək hərarət, əzələ ağrıları, ürəkbulanma, qusma və nəfəs darlığıdır.

Profilaktika üçün ev və anbarlarda siçanlarla mübarizə aparmaq, təmizlik zamanı maska və əlcəkdən istifadə etmək qidaları qapalı saxlamaq və əl gigiyenasına riayət etmək tövsiyə olunur”.

media-inshot_20260513_201833396

Həkimin sözlərinə görə, Azərbaycanda hantavirus yayılması barədə rəsmi epidemiya məlumatı yoxdur və gigiyena qaydalarına riayət kifayətdir:

“Hazırda Azərbaycanda hantavirusla bağlı geniş yayılma və ya epidemiya barədə rəsmi məlumat yoxdur. Panikaya ehtiyac yoxdur. Sadə gigiyena qaydalarına riayət etmək və gəmiricilərlə təmasdan qorunmaq kifayətdir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər