Nazir 2 min manat maaş alan müəllimlərin sayını açıqladı
“2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqı 4 dəfəyə qədər artıb”.
Patrul.az xəbər verir ki, bunu “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir qeyd edib ki, ölkə üzrə 1426 müəllim 2000 manat və daha artıq maaş alır.
“2026-2027-ci tədris ili üzrə sertifikasiyadan sonra müəllim heyətinin orta aylıq maaşı 1030 manatdır. Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üzrə (35% əlavə alanlar 30 590 nəfər 1300 manat, sertifikatlaşdırmada uğur qazanmış heyət üzrə (10 % əlavə alanlar) – 60 818 nəfər 1010 manat, sertifikatlaşmada iştirak etməyən və birinci cəhddə uğur qazanmayan heyət üzrə – 23 984 nəfər 770 manat əməkhaqqı alır”, – E.Əmrullayev əlavə edib.






