“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də sədr dəyişikliyi: Rauf Vəliyev vəzifədən azad edildi, Əfqan Cəlilov təyin olundu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) kadr dəyişiklikləri ilə bağlı sərəncamlar imzalayıb.
Patrul.az xəbər verir ki, Prezidentin müvafiq sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamı ilə Əfqan Süleyman oğlu Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İdarə Heyətinin sədri təyin olunub.
Qeyd edək ki, ASCO ölkənin dəniz nəqliyyatı sahəsində əsas strateji qurumlardan biri hesab olunur və Xəzər hövzəsində yük və sərnişin daşımalarının həyata keçirilməsində mühüm rol oynayır.






