Azərbaycanda quraşdırılan elektrikdoldurma cihazların sayı açıqlanıb
Azərbaycanda 195 məntəqədə 430 elektrikdoldurma cihazları quraşdırılıb.
Patrulaz.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev deyib.
O bildirib ki, quraşdırılan elektrikdoldurma cihazları ekoloji təmiz nəqliyyat vasitələri üçün yaxşı infrastruktur formalaşdırıb.
“Bu elektrikdoldurma cihazlarının vahid platformada birləşməlidir ki, istifadə rahatlığı təmin edilsin”, -Vüsal Şıxəliyev əlavə edib.