Rus teleqram səhifələri yüksək vəzifəli azərbaycanlı şəxslərin adından saxta videolar yayır – XƏBƏRDARLIQ
Azərbaycanın Prezident Administrasiyasının rəhbəri və Baş naziri adından “deep fake” texnologiyası ilə hazırlanmış saxta videoların yayılması ilə bağlı xəbərdarlıq edilib.
Patrulaz.az xəbər verir ki, bu videolar əsasən Rusiya mobil nömrələri ilə qeydiyyatdan keçmiş Telegram hesabları vasitəsilə tanınmış səhifə və kanallara göndərilir. Məqsəd ictimai rəyə təsir göstərmək və informasiya manipulyasiyasıdır.
Media İnkişaf Agentliyi (MEDIA) daha əvvəl bu tip videolarla bağlı ictimaiyyəti diqqətli olmağa və rəsmi mənbələrə istinad etməyə çağırmışdı.
Qeyd edək ki, “deep fake” texnologiyası vasitəsilə hazırlanan saxta videolar son dövrlər informasiya müharibələrinin əsas vasitələrindən biri sayılır.






