Azərbaycandan Ermənistana böyük həcmdə dizel göndəriləcək
Azərbaycandan Ermənistana növbəti 4500 ton dizel yanacağının göndərilməsi nəzərdə tutulur.
Patrul.az “Report”a istinadən xəbər verir ki, dizel yanacağı bu gün – fevralın 25-də dəmir yolu ilə Azərbaycandan yola salınacaq.
Qeyd edək ki, dizel Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində baş tutacaq.






