Azərbaycanın gənc badmintonçuları beynəlxalq turnirdə iki medal qazanıblar
Azərbaycanın gənc badmintonçuları İran İslam Respublikasının Simnan şəhərində keçirilən beynəlxalq turnirdə iki kateqoriya üzrə fərqləniblər.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən Patrulaz.az-a verilən məlumata görə, Leyla Camalzadə – Həcər Nuriyeva tandemi 19 yaşadək idmançılar arasında qızıl medal əldə ediblər.
Ülvi Hüseynov – Əmirxan İmanov cütü isə müvafiq kateqoriya üzrə yarımfinala kimi irəliləyərək bürünc medala yiyələnib.