media-eeca6576-45e6-4fae-8c3b-f3f4ecb2926e

Müğənni Dəniz Əsədova barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə yenidən axtarış elan olunmuşdur.

Patrulaz.az-ın məlumatına görə, müğənni Dəniz Əsədova təqsirləndirilən şəxs olduğu cinayət işi üzrə bu gün saat 15:30 tarixinə təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, məhkəmədən yayınmışdır. Dəniz Əsədovanın məhkəmədən yayınmasına görə onun barəsində axtarış elan edilməsi ilə bağlı Vəkil Asim Abbasovun vəsatətitəmin edilmiş, məhkəmənin qərarı ilə Dəniz Əsədovanın barəsində axtarış elan edilmişdir.

Əlavə olaraq bildirilir ki, bundan əvvəl də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Dəniz Əsədovanın barəsində axtarış elan edilmişdir.

Məlumata görə,  Dəniz Əsədova daha əvvəl də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və vətəndaşları böhtan atdığı üçün digər maddələrlə məhkum edilmişdir.  Hazırda Binəqədi Rayon Məhkəməsinin icraatında Dəniz Əsədovanın təqsirləndirlən şəxs olduğu 4 ayrı-ayrı cinayət işi vardır.  


Bənzər xəbərlər