Zibil qutularından axan maye yolda qəzaya səbəb oldu - VİDEO
Səbail rayonu, “İçərişəhər” metrostansiyası yaxınlığında yerləşən zibil qutularına atılan tullantılardan axan maye yolda sürüşkənlik yaradaraq qəza şəraitinə səbəb olub. Nəticədə, həmin ərazidən motosiklet ilə hərəkət edən şəxs idarəetməni itirərək qəza edib və müxtəlif bədən xəsarətləri alıb.
Patrulaz.az-ın məlumatına görə, zərərçəkən haqlı olaraq istifadəyə verilən zibil qutularının yararsız vəziyyətdə olmasından və cavabdeh qurumların məsuliyyətsiz yanaşmasından şikayətlənir. Sözügedən yolda avtomobillərin bu səbəbdən qəza etməsi daha böyük itkilərə səbəb ola bilər. Vəziyyətin ciddiliyini nəzərə alaraq qəza hadisələrinin qarşısının vaxtında alınması üçün təhlükəsizliyin təmin olunması vacibdir.