Cənubi Koreyada müəllim 8 yaşlı şagirdini bıçaqlayıb
Cənubi Koreyada ibtidai məktəb müəlliminin səkkiz yaşlı qızı bıçaqlayaraq öldürməsi ölkədə böyük əks-səda yaradıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, müəllimin polisə verdiyi ifadəsində məlum olub ki, o hansı uşaq olmasından asılı olmayaraq bu cinayəti törədəcəyini bildirib.
Şagirdin bazar ertəsi axşam itkin düşdüyü bildirilib. Belə ki, avtobus sürücüsü uşağın avtobusa minmədiyini məktəbə bildirib və hadisə bundan sonra məlum olub.
Cinayəti törədən müəllim məzuniyyətdə olarkən intihar etmək fikrində olub. Bildirilir ki, hadisədən bir neçə gün əvvəl müəllim zorakı davranışlar nümayiş etdirib.