F-35 istehsalçısı Pentaqona təxminən 30 milyon dollar ödəyəcək
ABŞ ordusunun ən müasir gizli döyüş təyyarəsi F-35-in istehsalçısı olan Lockheed Martin Corporation (LMC) təyyarənin istehsalı və texniki xidmətinə görə Müdafiə Nazirliyinə (Pentaqon) həddən artıq pul ödəməsi iddialarını həll etmək üçün təxminən 30 milyon dollar ödəməyə razılaşıb.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən proseslər ABŞ prezidenti Donald Tramp tərəfindən qurulan Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri Elon Maskın Pentaqonun çəkdiyi milyardlarla dollarlıq xərcləri müəyyən etməyə hazırlaşdığı barədə açıqlamasından sonra baş verib.
Məhkəmə sənədlərinə görə, 2013-2015-ci illər arasında LMC Pentaqon ilə F-35-lərin qiymətləri ilə bağlı danışıqlarda “dəqiq, tam və aktual qiymət məlumatlarını təqdim etməməklə” xərcləri şişirdib.