media-a023e9de-91fd-4edb-b66c-b41fcdaba027

Onlayn alış-veriş edən şəxslərə qarşı yeni fırıldaqçılıq üsulu yayılıb. “Lalafo”da elan yerləşdirən vətəndaş yerləşdirdiyi məhsula maraq göstərən şəxsdən mesaj alıb. Özünü Qubada yaşayan alıcı kimi təqdim edən şəxs məhsulun Azərpoçt vasitəsilə göndərilməsini istəyib. Daha sonra vətəndaşa Azərpoçtun rəsmi saytına bənzər bir saxta link göndərib və ona pulların burada yerləşdirildiyi, yalnız kart məlumatlarını daxil edərək pulu çıxara biləcəyini bildirib.

Patrulaz.az-a verilən məlumata görə, satıcı deyilənləri yerinə yetirdikdən sonra məlum olub ki, bu Azərpoçtaməxsus saytın saxta versiyasıdır və kart məlumatları fırıldaqçıların əlinə keçib. Bundan sonra, bank hesabından çıxarış etməyə cəhd edilib, “Birbank” hesabına başqa şəxs tərəfindən giriş olunub və adına kredit götürülməyə cəhd edilib.
Xoşbəxtlikdən, vətəndaş tez bir zamanda bank əməkdaşları ilə əlaqə saxlayaraq bütün hesablarını və kartlarını bloklatdırıb, fırıldaqçıların maliyyə əməliyyatları aparmasının qarşısı alınıb.

media-3f66c634-9c18-4fb4-9043-e169c8fb2734


Bənzər xəbərlər