Bu gün axşam saatlarında Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində “Naz Studio”nun rəhbəri hücuma məruz qalıb.

Patrulaz.az-ın əldə etdiyi məlumata görə naməlum şəxs sözügedən studionun rəhbəri Nazlı Süleymanova maşınına minərkən bıçaqla hücum edərək, çantasını əlindən alaraq qaçıb. Ətrafdakı şəxslərin və Nazlı Süleymanovanın təzyiqindən sonra naməlum şəxs çantanı ataraq, ərazidən uzaqlaşıb.

Qeyd edək ki, hadisə zamanı Nazlı Süleymanova yıxılaraq, diz nahiyəsindən xəsarət alıb.


Bənzər xəbərlər