media-img_5136

Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov Qərbin Suriyaya qarşı tətbiq etdiyi birtərəfli sanksiyaların ləğv edilməli olduğunu bildirib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Boqdanov paytaxt Moskvada jurnalistlərə açıqlamasında Suriyadakı vəziyyəti dəyərləndirib. Qərbin Suriyaya qarşı təktərəfli sanksiyalarını davam etdirdiyinə diqqət çəkən Boqdanov, bu sanksiyalara hər zaman qarşı olduqlarını vurğulayıb.
Boqdanov sanksiyaların Suriyanın bütün sahələrinə mənfi təsir etdiyinə diqqət çəkib: “Hazırkı vəziyyətdə Suriya böhranına siyasiləşdirilmiş yanaşmadan imtina etmək, Suriya xalqına dəstək vermək və ölkənin böhrandan sonra bərpasını təmin etmək üçün beynəlxalq təşəbbüsləri aktivləşdirmək lazımdır. Biz bu məqsədə çatmağa mane olan birtərəfli sanksiyaların aradan qaldırılmasının tərəfdarıyıq” – deyə, o bildirib.


Bənzər xəbərlər