media-img_5137

Son 6 ayda Türkiyənin Malatya bölgəsindən 50 min ton quru ərik ixracından 240 milyon 57 min dollar gəlir əldə edilib.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Malatya Ticarət Birjasının sədri Ramazan Özcan jurnalistlərə verdiyi açıqlamada, quru ərik ixrac mövsümünün 1 avqust 2024-cü ildə başladığını və bu mövsüm 100 min ton quru ərik ixrac etməyi hədəflədiklərini söylədi.

Mövsümün ilk 6 ayında ixracat rəqəmlərinin gözlənilən səviyyədə olduğunu ifadə edən Özcan 6 aylıq quru ərik ixracat rəqəminin 50 min tona çatdığını bildirib. Bu, əvvəlki illərlə müqayisədə əhəmiyyətli bir inkişafdır. Belə ki, 1 avqust 2024-31 yanvar 2025-ci il tarixləri arasında ixracat 50 min tona idi.


Bənzər xəbərlər