media-img_5135

YouGov və Public First araşdırma şirkətlərinin “The Times” qəzeti üçün keçirdiyi sorğuda gənc nəslin əksəriyyətinin İngiltərə haqqında mənfi təsəvvürə malik olduğu üzə çıxıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, sorğuda iştirak edənlərin 50 faizi İngiltərəni irqçi ölkə kimi xarakterizə edərkən, yalnız 40 faizi ölkəsi ilə fəxr etdiyini bildirib.

Ölkənin birlik içində olduğuna inanan gənclərin nisbəti yüzdə 15 olaraq təyin olundu. 2004-cü ildə bu göstəricinin 60 faiz olduğu bildirilir.

Sorğuda qeyd olunub ki, gənclərin 41 faizi heç bir şəraitdə vətənini müdafiə etmək üçün döyüşməyəcəklərini bildiriblər və bu göstərici 2004-cü ildə 22 faiz olub.


Bənzər xəbərlər