Siciliya mafiyasına qarşı əməliyyat! 181 nəfər saxlanılıb
İtaliyanın Palermo şəhərində “Siciliya mafiyası” kimi tanınan cinayətkar təşkilat “Cosa Nostra”ya qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, polis əməliyyat zamanı 181 nəfərin saxlanıldığını və şübhəlilərin narkotik vasitələrin qanunsuz dövriyyəsi, adam öldürməyə cəhd, hədə-qorxu ilə pul tələb etmək, qanunsuz qumar oyunları və qanunsuz odlu silah saxlama kimi müxtəlif cinayətlərdə ittiham olunduğunu açıqlayıb. Bildirilib ki, digər cinayətlərə görə artıq həbsdə olan 33 şübhəli barəsində əlavə həbs qətimkan tədbiri seçilib.