media-feb86ff1-aa41-407b-a5a9-772a44ebb9fd

“Ermənistan-Fransa qardaşlığı dırnaqarası müttəfiqlikdir. Fransa Ermənistana bir dövlət kimi hörmət etmir və özünə müttəfiq kimi görmür. Çünki Fransa Ermənistanı dəyərləndirsəydi, müttəfiq ölkə kimi Ermənistana hörmət etsəydi, sülh müqaviləsi imzalayıb, Türkiyə ilə münasibətləri yaxşılaşdırmasına yaşıl işıq yandırardı”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

media-img_2841O bildirib ki, Ermənistanın regionda dalan dövlət və iqtisadi baxımdan aşağı səviyyədə olması Fransanı narahat etmir: “Fransa özünün siyasi məqsədləri və məkrləri naminə bu gün Ermənistanı silahlandırmaqla hərbiləşdirməyə, müharibəyə təşviq etməyə çalışır. Əlbəttə ki, bütün bu təhlükəli tendensiyalar fonunda Fransa Ermənistana böyük zərbələr vurduğunun fərqindədir.
Faktiki olaraq Emmanuel Makronun prezidentliyi dövründə Fransa tarixinin ən pis dövrünü yaşayır. Eyni zamanda bu gün Ermənistandakı Nikol Paşinyan hakimiyyəti də revanşizm siyasətinin məğzini məhz rəsmi Parisdən alır. Bu baxımdan da baş verən hadisələr göstərir ki, Emmanuel Makron Fransada hakimiyyətdən getmədiyi müddət ərzində Fransanın Ermənistanı qızışdırması və provakasiyalara təhrik etmək siyasətinə dayanacaq kimi görünmür. Bu o halda sonlana bilər ki, Makron hakimiyyəti dəyişsin və Fransada doğurdan da ölkələrə yanaşmada obyektiv, beynəlxalq hüquqa uyğun davranmağı bacaran siyasi hökumət formalaşsın. Fransada belə rasional və ağıllı hökumət formalaşdığı təqdirə Ermənistanla bağlı xəyallarından əl çəkəcəklərini düşünürəm”.


Bənzər xəbərlər