"Gold Kredit Jewellery"nin dələduzluq etdiyi İDDİA EDİLİR - FOTO
“TikTok” sosial səbəkəsində “Gold Kredit Jewellery” adlı səhifə qızıl və zinət əşyaları satışı kimi özünü təqdim edərək, dələduzluqla məşğul olur.
Patrulaz.az-a müraciət edən vətəndaş, səhifənin dələduzluqla məşğul olduğunu bildirərək şikayət edib.
Vətəndaşın sözlərinə görə, o, səhifədə satışda olan məhsullardan almaq istəyib və buna görə 229 AZN və 75 AZN-ni satıcının hesabına göndərib. Lakin, ödənişdən sonra məhsullar ona çatdırılmayıb və satıcı onu bloklayıb.
Artıq, son zamanlar kifayət qədər çoxalan bu kimi dələduzluqların qarşısının alınması üçün ciddi tədbirlər görülməsi zəruri hala çevrilib. Vətəndaşlarımızdan, aldanmaların çoxalmasını nəzərə alaraq maksimum diqqətli olmalarını xahiş edirik.