Hüseyn Cavid parkında vətəndaşların üzərinə aşaraq xəsarət yetirən ağac ərazidən götürüldü - FOTOLAR
Bakıda Elmlər Akademiyası metrosunun yaxınlığında yerləşən Hüseyn Cavid parkında vətəndaşların üzərinə aşan ağacla bağlı tədbir görülüb.
Bu barədə Patrul.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Bildirilib ki, sözügedən ağac idarənin əməkdaşları tərəfindən ən qısa zamanda ərazidən kənarlaşdırılıb.
“Həmçinin qeyd edirik ki, həmin ağacın götürülməsi ilə bağlı müvafiq dövlət qurumunun rəyi olmadığından onun daha öncə tərəfimizdən kəsilməsi mümkün olmamışdır”, – deyə qurumdan bildirilib.

Gülbəniz Səfərova






