media-1c3ffe7b-3e26-430f-8e00-3d976c919222

Son günlər Yeni Klinikada müayinə nəticələrini təqdim edən qeydiyyatçı sayının az olması ilə əlaqədar paylaşımlar edilir. Təəssüf ki, bəziləri mahiyyəti anlamadan aktual yeniliklərin tətbiqini qüsur olaraq dəyərləndirərək, görülən işlərə kölgə salmaqla məşğuldur.Qeyd olunan məsələlərlə bağlı bildirmək istəyirik ki, bir sıra xidmətlərin artıq elektron formaya keçirilməsi ilə əlaqədar olaraq E-TƏBİB mobil tətbiqinin üstünlüklərindən istifadəyə keçid edilib.

Klinikadan Patrulaz.az-a verilən məlumata görə, tibb müəssisələrində gözləmə vaxtınının minimuma endirilməsi və kağız daşıyıcılarının azaldılması məqsədi ilə tətbiq olunan E-TƏBİB mobil tətbiqinin “Müraciətlərim” bölməsindən vətəndaşlar öz müayinə cavablarını əldə edə bilərlər. Əlavə olaraq qeyd etmək istəyirik ki, həkim-mütəxəssis vətəndaşın TƏBİB tabeliyində fəaliyyət göstərən bütün tibb müəssisələrində keçdiyi müayinə nəticələrini görə bilir.

Həmçinin artıq yetkinlik yaşına çatmayan uşaqların müayinə nəticələrini də E-TƏBİB mobil proqramı vasitəsi ilə əldə etmək mümkündür.

Qeyd edilən sistemə tam təmin edilməsi üçün dəstək olaraq 1 əməkdaş ayrılıb. Bu yolla gün ərzində uşaqlarla bağlı müraciətlərin cavablandırlıması təmin edilir.

Əlavə olaraq bildirək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tibb müəssiəsində kağız daşıyıcılardan istifadənin minimallaşdırılmasına xüsusi diqqət yetirilir.


Bənzər xəbərlər