media-img_6473

Dekabrın 12-si Azərbaycan xalqı üçün dərin əhəmiyyət daşıyan gündür.  Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü qeyd olunur. Ötən illərə baxmayaraq, onun xalqımıza və dövlətimizə göstərdiyi misilsiz xidmətlər, uzaqgörən siyasəti və ideyaları bu gün də həyatımızın hər sahəsində öz əksini tapır.

Heydər Əliyev Azərbaycanın müasir inkişafının əsasını qoymuş, dövlətçiliyin möhkəmlənməsində əvəzsiz rol oynamışdır. Hər il bu gündə onun xatirəsi ehtiramla yad edilir, ideyaları gələcək nəsillər üçün örnək olaraq qalır.

Xalqımız onun vətənpərvərliyi və uzaqgörən rəhbərliyi sayəsində birliyini qorumaqda davam edir. 22 il keçsə də, Ümummilli Liderin xatirəsi daim qəlblərdə yaşayır.

Patrul.az


Bənzər xəbərlər