media-images-11

“Şanlı Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir. Hər bir milli dövlət öz təhlükəsizliyini və maraqlarını qorumaq üçün ordusunu gücləndirməyə çalışır. Bu baxımdan, müstəqil Azərbaycan dövləti də özünün Silahlı Qüvvələrinin ən müasir səviyyədə formalaşmasına xüsusi diqqət yetirir. Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz daim Vətənimizin keşiyindədir”.

Bu fikirləri Patrul.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, xalqımız hər il 26 İyun – Silahlı Qüvvələr Gününü böyük coşğu ilə qeyd edir:

“Milli ordumuzun formalaşması tarixinə gəlincə, deyə bilərik ki, bu tarixin başlanğıcı  1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk hərbi hissənin – əlahiddə Azərbaycan korpusunun yaradılması əsasında götürülür. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Həmin vaxt hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyuldu. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu. 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu. Yalnız dövlət müstəqilliyimizin bərpasındansonra başlandı. Lakin müstəqilliyimizin ilk illərində, konkret olaraq 1991-1993-cü illərdə ölkəmizə rəhbərlik edənlər ordu quruculuğuna diqqət yetirmirdi. Xüsusilə, AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ordu siyasi oyunlar üçün vasitəyə çevrilmişdi. Müxtəlif siyasi qrupların, ayrı-ayrı şəxslərin yaratdıqları silahlı dəstələr bir-birinə qarşı mübarizə aparırdı. O dövrdə xalqımızın minlərlə qəhrəman oğulları erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün ordu sıralarına qoşulmuşdular. Lakin bəzi qüvvələrin bir-biri ilə mübarizəsi məsələni əsas hədəfdən yayındırırdı. AXC-Müsavat hakimiyyəti ilə digərlərinin siyasi mübarizəsi milli ordunun formalaşdırılması prosesini arxa plana atmışdı. Bu səbəbdən də, vahid komandanlığa tabe olmayan hərbi birləşmələr müxtəlif məqsədlər üçün istifadə edilirdi. Ona görə də, Ermənistan bu vəziyyətdən istifadə edərək torpaqlarımızı işğal edirdi”.

Millət vəkilinin sözlərinə görə, belə bir şəraitdə, 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra Azərbaycan Respublikasının nizami ordusunun yaradılmasına başlandı:

“Ümummilli Liderimizin 1998-ci il 22 may tarixli qərarına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu. Ulu Öndər Heydər Əliyev ordu quruculuğuna xüsusi diqqət yetirib, Onun rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Ulu Öndərimiz orduda xidmət etməyin önəmi haqqında deyirdi: “Orduda xidmət etmək hər bir azərbaycanlının şərəfli borcudur. Orduda xidmət edən, əsgərlik borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə – ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar””.

media-img-20260626-wa0000

Pərvin Kərimzadə qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətini Prezident İlham Əliyev böyük uğurla davam etdirib:

“Bunun nəticəsidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz  2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə qazanaraq tarixi nailiyyətə imza atdı. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. 2023-cü ilin sentybarında isə birgünlük antiterror tədbirləri nəticəsində isə Qarabağda erməni separatizmi məhv edildi və dövlətimizin suverenliyi tam təmin olundu. Ümumiyyətlə, Azərbaycan Ordusu həm 44 günlük müharibə, həm də antiterror tədbirləri zamanı beynəlxalq humanitar tələblərə uyğun davranaraq mülki əhaliyə zərər vermədi, əksinə dinc insanların qorunması üçün zəruri addımlar atdı. Bu baxımdan,  Azərbaycan Ordusu bütün dünya üçün nümunə yaratmış oldu. Bütün bunlar açıq şəkildə təsdiq edir ki, Azərbaycan Ordusu güclü, peşəkar, müharibədə, real döyüş əməliyyatlarında öz sözünü demiş, özünü təsdiq etmiş  ordudur. Postmüharibə dövründə isə Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin yeni dövrün çağırışları əsasında komplektləşdirilməsi işləri uğurla davam etdirilir”.

“Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi yaradılıb. Ölkəmizdə mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar açıb. Ölkəmizdə, həmçinin son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib”,-deyə deputat ölkəmizin beynəlxalq müstəvidə hərbi sahədə əməkdaşlığına da diqqət çəkib.

Onun sözlərinə görə, Azərbaycan qardaş Türkiyə ilə hərbi əlaqələrini daha da gücləndirir: 

“Qardaş Türkiyə dövlətinin Azərbaycanın ən etibarlı tərəfdaşı, müttəfiqi olması, eləcə də Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığı və döyüş təcrübəsi Azərbaycan Ordusunun da Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılmasına zəmin yaradıb. Hərbi əməkdaşlıq məsələləri Şuşa Bəyannaməsində də öz əksini tapır. Azərbaycan Prezidenti İlham Əliyevin Milli Ordumuzun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır. Bu strategiyanın uğurla həyata keçirilməsi Azərbaycan Ordusunun hərbi-texniki göstəricilərini daha yüksək səviyyəyə qaldırılmasını təmin edir”.

Ləman Sərraf


Bənzər xəbərlər