media-aca68a85-86c5-4547-823c-a2c442eed3b0

“Eclipse Media” tərəfindən Bakı Dövlət Universitetinin bir sıra fakültələrinin məzunları üçün 24 iyun 2026-cı il tarixində təşkil edilməsi planlaşdırılan məzun gecəsi tədbiri keçirilməsinə cəmi bir gün qalmış ləğv olunub. Qeyd edək ki, “Eclipse Media” müxtəlif konsertlərin, məzun gecələrinin və digər kütləvi tədbirlərin təşkili ilə məşğul olan təşkilat kimi fəaliyyət göstərir. Tədbirin baş tutmaması yüzlərlə tələbə və valideyn arasında ciddi narazılıq yaradıb.

Tələbələrin iddiasına görə, tədbirin təşkilatçılarından biri kimi təqdim olunan Nürgül Möhbəliyeva, hansı ki, özü də Bakı Dövlət Universitetinin tələbəsidir, toplanan vəsaitlə bağlı bu günədək ətraflı və rəsmi məlumat verməyib. Bildirilir ki, tədbir üçün təxminən 250 tələbənin hər birindən 185 manat olmaqla ümumilikdə 46 250 manat vəsait toplanıb.

media-32ea3101-ca25-438f-b78e-74ba8b60e36e

Şikayətçilərin sözlərinə görə, təşkilatçı tərəf ailə üzvlərinin bank hesablarının dondurulduğunu əsas gətirərək ödənişlərin dərhal geri qaytarılmasının mümkün olmadığını bildirib. Eyni zamanda, vəsaitin 10 gün ərzində geri qaytarılacağı vəd olunub.

Onların sözlərinə görə, bir çox məzun məzun gecəsini başqa məkanda təşkil etmək üçün ödədikləri vəsaitə hazırda ehtiyac duyur.

Tələbələrin sözlərinə görə, məsələ Patrul.az tərəfindən ictimailəşdirildikdən sonra Eclipse Media ilə əlaqəli olduğu iddia edilən sosial media səhifələri bağlanıb.

Hazırda yüzlərlə tələbə və valideyn həm maddi, həm də mənəvi zərər çəkdiklərini bildirirlər. Onlar aidiyyəti dövlət qurumlarından məsələnin hərtərəfli araşdırılmasını, toplanmış vəsaitin taleyinə aydınlıq gətirilməsini və ödənişlərin qısa müddətdə sahiblərinə qaytarılmasını xahiş edirlər.

Qeyd edək ki, məqalədə yer alan məlumatlar tələbə və valideynlərin təqdim etdikləri məlumat və iddialara əsaslanır.

Qarşı tərəfinin mövqəyini dərc etməyə hazırıq.


Bənzər xəbərlər