media-bvickwffflwjnxxk4h0nuiw21mkxaubo3gtbbrtl_640

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar.

Patrul.az AZƏRTAC-a istinadən xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Türkmənistan Prezidentinə kompleks barədə məlumat verib.

Bildirilib ki, təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan və ümumi sahəsi 8 hektara yaxın olan bu kompleksdə iyirmi üç bina inşa edilib. Yaşayış kompleksindəki 450 mənzildən 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı, 7-si isə beşotaqlıdır. Kompleksdə keçmiş məcburi köçkünlər, həmçinin xidməti mənzillərdə Şuşa şəhərində müxtəlif dövlət qurumlarında çalışan şəxslər yaşayırlar. Burada genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, sakinlərin rahatlığı və istirahəti üçün hər cür şərait yaradılıb.

media-gwhnqqvgm4aylesbdb4jjkfkeazer2gwlyzavsif_640 media-zjx4akwypyvirnja7pipizyioem39d2esvnm9ath_640 media-pj2rliuqyrnzznxbgtxpnh3v5qkwbhiu2i2j9x2z_640 media-jgp89mz9ehnonififnmyfs1nztrfmpkcrytnjua9_640 media-nvds7oddoyusf0asqb6rbnfajm3byswg81bugo4l_640 media-vvzcebovxg23xbpls8xwbcuilat1tqa1o1dlrkx9_640 media-rw50un8breivlwoozwr8v1nbzn1yariunlt9ixcd_640 media-ohagog2isibyadu1gvtjadtm7bgj8hf6ibu8dymn_640 media-a1tzmipcmqwgm5tpcgdgavfxyywaiiq4klfj6ltn_640 media-du2wxmqmkcgzqx3im28rz6ijfvkjnevfl2eiazqq_1200


Bənzər xəbərlər