Rəqəmsal iqtisadiyyatın yeni riski: "Oğurlanan oyun hesabları”
Bu gün bəzi onlayn oyun hesabları minlərlə, hətta on minlərlə manata alınıb-satılır. Lakin həmin hesabların oğurlanması, saxta satışlar və mülkiyyət hüququ ilə bağlı mübahisələr rəqəmsal iqtisadiyyatın yeni risklərini də üzə çıxarır. Bəs virtual hesabların pul dəyəri qazanması iqtisadiyyat üçün hansı təhlükələri yaradır?

Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hesab alqı-satqısı və oğurluğu rəqəmsal iqtisadiyyatda təhlükəsizlik boşluqlarını üzə çıxarır:
“Minlərlə manat dəyərində oyun hesablarının alqı-satqısı və oğurlanması rəqəmsal iqtisadiyyatda kibertəhlükəsizlik, şəxsi məlumatların qorunması və rəqəmsal mülkiyyət hüquqları ilə bağlı riskləri göstərir. Bu hallar hesabların haker hücumlarına məruz qalması, fırıldaqçılıq, saxta alqı-satqı əməliyyatları və maliyyə itkiləri kimi problemlərə səbəb ola bilər. Eyni zamanda, rəqəmsal aktivlərin hüquqi statusu və onların qorunması məsələlərinin vacibliyini ortaya qoyur”.
Cəmilə Cəfərzadə






