Qaracuxur sakinləri gecə aparılan tikinti işlərindən şikayətçidir - VİDEO
Bakı şəhərinin Suraxanı rayonu, Qaracuxur qəsəbəsində yerləşən 16 mərtəbəli yaşayış binasının qarşısında gecə saatlarında aparılan tikinti işləri ərazi sakinlərinin ciddi narazılığına səbəb olub.
Sakinlərin Patrul.az-a bildirdiyinə görə, ağır tikinti texnikalarının yaratdığı səs-küy gecə saatlarında insanların istirahət etməsinə mane olur. Gün ərzində işdən yorğun qayıdan vətəndaşlar gecə vaxtı davam edən qazıntı və tikinti işləri səbəbindən yata bilmədiklərini bildirirlər.
Şikayətçilər qeyd edirlər ki, gecə saatlarında işləyən texnikaların səsi ətraf binalarda yaşayan yüzlərlə sakini narahat edir və onların normal istirahət hüququnu pozur.
Vətəndaşlar aidiyyəti qurumlardan məsələni araşdırmağı, gecə saatlarında aparılan səs-küylü tikinti işlərinə nəzarətin gücləndirilməsini və sakinlərin narahatlığının aradan qaldırılmasını xahiş edirlər.
Patrul.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.






