media-ad7f6898-dc0d-45b4-8c7a-3cc729a0d97d

Sumqayıt şəhərində, Avtovağzal dairəsi və avtovağzalın yaxınlığında yaranmış antisanitar vəziyyət vətəndaşların narazılığına səbəb olub.

Patrul.az redaksiyasına göndərilən görüntülərdə kanalizasiya sularının daşaraq küçəyə axdığı, çirkab suların isə dayanacaq və piyadaların hərəkət etdiyi əraziyə yayıldığı görünür.

Vətəndaşların sözlərinə görə, problem uzun müddətdir davam edir. Bildirilir ki, əraziyə aidiyyəti qurumların əməkdaşları dəfələrlə gəlsələr də, problem hələ də kökündən həll olunmayıb. Əraziyə yayılan kanalizasiya suları kəskin və xoşagəlməz qoxu yaradır.

Sakinlər bildirirlər ki, xüsusilə isti havalarda qoxu daha da güclənir və ətrafda hərəkət edən insanlar üçün dözülməz vəziyyət yaradır. Onlar problemin təcili şəkildə aradan qaldırılmasını və kanalizasiya xəttindəki nasazlığın qısa müddətdə aradan qaldırılmasını tələb edirlər.


Bənzər xəbərlər