media-b742074c-95b3-45e2-97fd-31d1dddf97d8

Nərimanov rayonu, Habil Mirzəyev küçəsindən Patrul.az redaksiyasına göndərilən görüntülər maraqlı iddiaları ortaya çıxarıb.

Şikayətçilərin Patrul.az-a bildirdiyinə görə, görüntüdəki şəxs dar yolda hərəkət edən avtomobillərə yaxınlaşaraq əlindəki telefonu qəsdən nəqliyyat vasitəsinə toxundurur, daha sonra isə telefonunun zədələndiyini iddia edir.

İddialara əsasən, həmin şəxs bu ərazidə daha əvvəl də oxşar hərəkəti başqa bir avtomobilə qarşı edib. İlk şikayətçi bildirir ki, növbəti hadisənin şahidi olduqda əraziyə yaxınlaşaraq həmin şəxsin ona da eyni üsulla problem yaratdığını deyib. Bundan sonra isə həmin şəxs hadisə yerindən uzaqlaşıb.


Bənzər xəbərlər