Binəqədi-Novxanı yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bir nəfərin yaralandığı bildirilir - VİDEO
Binəqədi rayonu istiqamətində, Novxanı girişinə yaxın ərazidə yol-nəqliyyat hadisəsi baş verib.
Patrul.az redaksiyasına göndərilən görüntülərdə minik avtomobilinin yol kənarında aşdığı görünür. Hadisə şahidlərinin bildirdiyinə görə, qəza nəticəsində azı bir nəfər xəsarət alıb.
Qəzanın hansı səbəbdən baş verdiyi və xəsarət alanların dəqiq sayı barədə hələlik rəsmi məlumat açıqlanmayıb.






