media-677a4abd-1a3a-4730-a521-d3ed203b8a55

Ətraf mühitin qorunması və resurslardan səmərəli istifadə “Azersun Holding”in korporativ strategiyasının əsas istiqamətlərindən biridir.

Şirkət bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə öz istehsalat müəssisələrində Günəş Enerjisi Sistemlərinin (GES) qurulması layihəsinə start verib.

Hazırda həm Biləsuvar Konserv Zavodunda, həm də Bakı Qida və Yağ Fabrikində GES-in quraşdırılması işləri həyata keçirilir. Layihə çərçivəsində Yağ Fabrikində 3,5 MW/saat, Biləsuvar Konserv Zavodunda isə 2,5 MW/saat gücündə sistemlərin qurulması davam edir.

“Azersun Holding” tərəfindən həyata keçirilən bu layihələr şirkətin karbon izinin azaldılması, enerji effektivliyinin artırılması və dayanıqlı inkişaf strategiyasının reallaşdırılmasına mühüm töhfə verəcək. Qeyd edək ki, bununla bərabər adıçəkilən şirkətlər qrupu su ehtiyatlarından səmərəli istifadə istiqamətində də silsilə layihələr həyata keçirməkdədir.

media-6221bf23-9233-4963-b54b-5736edbd3477 media-2ca117ab-390f-454b-ac6b-4365617f11ea media-937482fd-fc12-4a7e-80b0-dfe7c9cafe55 media-5b06c29e-9aaa-490b-af70-46b5f1b7860b media-677a4abd-1a3a-4730-a521-d3ed203b8a55


Bənzər xəbərlər