media-inshot_20250723_173816071

Çoxlarımız “su içmək sağlamlığa faydalıdır” deyə-deyə bir növ “nə qədər çox, o qədər yaxşı”prinsipinə aludə oluruq.

Patrulaz.az xəbər verir ki, hər şeyin artığı zərər olduğu kimi, suyun da həddindən artıq qəbulu bədəndə ciddi fəsadlara yol aça bilər.

Su içmək faydalıdır, amma ölçünü aşmaq təhlükəlidir

Suyun bədəndə rolu böyükdür: o, hüceyrələri qidalandırır, toksinləri atır, bədəni soyudur. Amma gündəlik ehtiyacdan həddindən artıq çox su içmək, məsələn, 5-6 litrdən çox – orqanizmin tarazlığını poza bilər.

Su zəhərlənməsi (hiponatremiya) riski

Çox su içdikdə qanımızdakı natrium səviyyəsi düşür. Bu hal “Hiponatremiya” adlanır və çox təhlükəlidir. Natrium sinir sistemi və əzələlərin işləməsi üçün həyati əhəmiyyət daşıyan bir elektrolitdir. Onun səviyyəsi aşağı düşəndə beyinə siqnallar düzgün ötürülmür.

Əlamətləri:

-Başgicəllənmə

-Yorğunluq

-Bulantı və qusma

-Yaddaş pozğunluğu

-Ən ağır halda: şüur itkisi və koma

Beyində şişkinlik yarana bilər

Çox su içdikdə hüceyrələr, o cümlədən beyin hüceyrələri, artan suyu udaraq şişə bilər. Beyin qapalı bir struktura malikdir və burada şişkinlik ciddi təzyiqə səbəb olur. Bu da baş ağrısı, bulanıq düşüncə, bəzən də ölümcül beyin ödəmi ilə nəticələnə bilər.

Böyrəklərə əlavə yük düşür

Böyrəklər suyu süzüb bədəndən çıxarmaqla məşğuldur. Lazım olandan artıq su içdikdə onlar daimi olaraq işləməyə məcbur olur. Bu isə böyrəkləri yora, hətta uzun müddət davam etdikdə funksional pozğunluqlara səbəb ola bilər.

“Çox su iç, orqanizmin təmizlənsin” – mifdir

Bəli, su toksinlərin atılmasına kömək edir. Amma bədən artıq suyu öz-özünə atır və bu prosesi zorla sürətləndirmək lazım deyil. Əksinə, çox su içdikdə vitamin və mineralların sidiklə atılması artır və bu da qida maddələrinin çatışmazlığına yol aça bilər.

Bəs nə qədər su içmək doğrudur?

Bu, insandan asılıdır. Ortalama bir insan üçün:

Kişilər: gündə 2.5–3 litr

Qadınlar: gündə 2–2.5 litr
(Əgər çox tərləyirsənsə və ya idmanla məşğulsansa, bir qədər artırmaq olar.)

Əsas meyar susuzluq hissi, sidiyin rəngi (açıq sarı olmalıdır) və ümumi haldır.

“Azı zərər, çoxu bəla” – su üçün də bu ifadə tam yerinə düşür. Su həyatdır, amma dozasında…

Ləman Sərraf


Bənzər xəbərlər