media-inshot_20260519_173624708

Azərbaycan Texniki Universitetinin (AzTU) daha bir tələbəsi qəfil vəfat edib.

Patrul.az xəbər verir ki, universitetin Magistratura və doktorantura təhsili çərçivəsində MBA proqramının I kurs tələbəsi Məmməd Məmmədli dünyasını dəyişib.

Tibbi araşdırmaların ilkin nəticələrinə görə, gənc tələbənin ürəktutması nəticəsində vəfat etdiyi bildirilir.

Universitet rəhbərliyi hadisə ilə bağlı rəsmi məlumat yayaraq tələbənin yaxınlarına başsağlığı ünvanlayıb.

Qeyd edək ki, bu, son iki gündə AzTU-da qeydə alınan ikinci bədbəxt hadisədir. Ötən gün universitetin Nəqliyyat və logistika fakültəsinin I kurs tələbəsi Elnur İslamlı da qəfil vəfat etmişdi.

Faktla bağlı araşdırmalar davam etdirilir.

media-media-inshot_20260519_103732599-iq6e7y
Elnur İslamlı

Bənzər xəbərlər