Azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən kişi bu müddət ərzində həbs edildi
Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkət edən Mərdan Hüseynovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Patrulaz.az xəbər verir ki, Sabirabad Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, avqustun 5-də Sabirabadda 64 yaşlı kişinin azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi ilə bağlı videogörüntülər yayılmışdı.
O, polis əməkdaşları tərəfindən saxlanılmışdı.






