Bakı-Kürdəmir yolunda təhlükəli vəziyyət – onlarla avtomobil yolda qaldı - VİDEO
Yağan intensiv yağışlar Bakı-Kürdəmir avtomobil yolunda ciddi problemlərə səbəb olub. Yolun müxtəlif hissələrində yaranan dərin çuxurlar nəqliyyat vasitələrinin hərəkətini xeyli çətinləşdirib.
Sürücülərin Patrul.az-a verdiyi məlumata görə, çuxurların gözlənilməz və təhlükəli olması nəticəsində artıq 30-a yaxın avtomobilin diski qırılıb və onlar yolda qalmalı olublar.
Hazırda ərazidə hərəkət xeyli yavaşlayıb və sürücülərə ehtiyatlı olmaları tövsiyə edilir.
Sürücülər aidiyyəti qurumlardan problemin qısa zamanda aradan qaldırılmasını xahiş edirlər.






