media-img_5167

Bu gün Bakıda badminton üzrə qarışıq komandalar arasında Avropa çempionatı start götürəcək.

Patrulaz.az-ın məlumatına görə, I qrupda yer alan Azərbaycan millisi ilk turda İngiltərə yığması ilə üz-üzə gələcək.

Qarşılaşma saat 10:00-da start götürəcək. Qrupun digər görüşündə Danimarka İspaniya ilə görüşəcək. Bu matç da eyni saatda başlayacaq.

Bu gün II qrupda Fransa – Almaniya və Niderland – Çexiya oyunları da təşkil ediləcək. Həmin qarşılaşmalar saat 15:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi fevralın 13-də İspaniya, 14-də isə Danimarka ilə münasibətlərə aydınlıq gətirəcək.


Bənzər xəbərlər