media-img_0581

Paytaxtın Nizami və Sabunçu rayonlarının kəsişməsində yerləşən Elşən Süleymanov küçəsində təhlükəli vəziyyət yaranıb.

Patrul.az redaksiyasına daxil olan məlumata görə, son günlər ölkə ərazisində müşahidə olunan aramsız yağışlar sözügedən ərazidə ciddi fəsadlara səbəb olub. Yağış sularının torpağı yuması nəticəsində torpaq sürüşməsi baş verib.

Daxil olan məlumat əsasında əməkdaşlarımız əraziyə yollanaraq çəkiliş aparıblar. Müşahidələr zamanı torpaq qatının ciddi şəkildə sürüşdüyü və bəzi yaşayış evlərinin uçma təhlükəsi ilə üz-üzə qaldığı aydın şəkildə görünür.

Qeyd olunur ki, mövcud vəziyyət sakinlərin həyatı üçün real risk yaradır.

Məsələ ilə bağlı aidiyyəti qurumların, xüsusilə Fövqəladə Hallar Nazirliyinin dərhal əraziyə baxış keçirməsi və zəruri tədbirlər görməsi vacib hesab olunur. Əks halda, baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq mümkün olmaya bilər.


Bənzər xəbərlər