Bakının bir sıra küçə və prospektlərində sıxlıq müşahidə olunur
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) “Patrulaz”a verilən məlumata görə, aşağıda qeyd olunan küçə və prospektlərdə sıxlıq müşahidə olunur:
1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
3. Babək prospekti, mərkəz istiqamətində;
4. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
7. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
8. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.