media-5cbde53a-2ccf-316c-90ae-29e5c8aee183_850

Bakının Mirzəağa Əliyev küçəsində piyadaların daha təhlükəsiz və rahat hərəkətini təmin etmək məqsədilə yeni səki salınıb.

Patrulaz.az RəqəmsaI İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, eni 1,5 metr olan səkinin uzunluğu 360 metr təşkil edir.

Bildirilir ki, əvvəllər bu küçədə səki olmadığından piyadalar məcbur olub avtomobil yolundan və ya velosiped zolağından istifadə edirdilər.

Yeni səki müasir standartlara uyğun tikilib. Layihənin məqsədi şəhərin yol infrastrukturunu daha təhlükəsiz və vətəndaşlar üçün əlverişli etməkdir.


Bənzər xəbərlər