media-inshot_20251225_171050432

Bank-müştəri münasibətləri qarşılıqlı etimad üzərində qurulur və bu etimadın əsas şərtlərindən biri də müştəriyə məxsus məlumatların məxfiliyinin qorunmasıdır. Bank sektorunda əldə olunan şəxsi və maliyyə məlumatları xüsusi həssaslıq daşıyır və onların üçüncü şəxslərə ötürülməsi ciddi narahatlıqlara səbəb ola bilər.

Bu baxımdan, cəmiyyətdə tez-tez müzakirə olunan və aktual olan bir məsələ diqqət çəkir: Bank işçisi müştərinin razılığı olmadan bank sirrini qohumlarına, tanışlarına və ya ailə üzvlərinə yaya bilərmi?

Bu barədə bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Patrul.az-a açıqlamasında bildirib ki, bank vətəndaşın razılığı olmadan onun bank məlumatlarını açıqlaya bilməz və belə hal baş verərsə, məhkəməyə müraciət etmək mümkündür:

media-img-20251225-wa0069

“Bank vətəndaşın razılığı olmadan onun bank hesabı, digər bank əməliyyatları, kreditləri və bu kimi məlumatları heç kəsə açıqlaya bilməz. Yalnız qanunla müəyyən edilmiş hallarda bu məlumatlar müvafiq dövlət orqanlarına təqdim edilə bilər. Belə bir hal baş verdikdə, bank barəsində məhkəməyə müraciət etmək, vurulmuş mənəvi zərərin əvəzinə kompensasiya tələb etmək mümkündür və bu, praktikada da mövcuddur”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər