media-vatsap

Şəxsi yazışmaların məxfiliyi müasir dövrdə həm hüquqi, həm də etik baxımdan xüsusi əhəmiyyət daşıyır. Rəqəmsal platformaların geniş istifadəsi ilə birlikdə başqasına məxsus mesajlara icazəsiz daxilolma halları da daha çox müzakirə mövzusuna çevrilib. Hüquq mütəxəssisləri belə addımların qanunvericilikdə ciddi məsuliyyət yaratdığını bildirirlər.

Bəs başqasının şəxsi mesajlarını icazəsiz oxumaq hansı hallarda cinayət məsuliyyəti yaradır?

Mövzu barədə Patrul.az-a danışan Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib ki, son dövrlərdə informasiya texnologiyalarının sürətlə inkişafı rəqəmsal dünyada fərdi məlumatların kütləvi şəkildə toplanması və istifadəsi məsələlərini gündəmə gətirib:

“Məxfilik və məlumat təhlükəsizliyi, xüsusilə şəxsi məlumatların qorunması, həm fərdlər, həm də cəmiyyətlər üçün böyük önəm daşıyır.

Geniş fəlsəfi elementlərə malik olduğu üçün etik davranış qaydaları yaradılışın başlanğıc nöqtələrində yer tutur və bu səbəbdən də istənilən mənfi və ya müsbət təzahürün yaranmasında birbaşa rola malikdir. Ona görə də hər hansı hüquqi aktda təsbit olunub-olunmamasından asılı olmayaraq etik dəyərlərə malik olan şəxs üçün yüksək etik davranış mədəniyyəti təkcə nəzakətli davranmaq deyil, bu – etik prinsiplərə xidmət etməkdir, xidmətdə və dövlət qulluğunda dürüstlükdür, vicdanlılıqdır, məsuliyyətdir, özünü mənfi təzahürlərdən qoruya bilməklə yanaşı, digər şəxslərin hüquqlarına hörmət edə bilməkdir, yəni ədalətli davrana bilməkdir”.

media-img-20260605-wa0028Sosial şəbəkələrin faydaları ilə yanaşı, burada söyüşcül dəstələrin tüğyan etməsinin də ciddi problem olduğunu söyləyən F.Əkbərov qeyd edib:

“Sosial media üzərindən şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtan seli də diqqət çəkir.

Azərbaycan Respublikası Konstitusiyanın 32-ci maddəsi hər kəsin şəxsi toxunulmazlıq hüququnun olduğunu bəyan edir. Qeyd olunan maddədə göstərilmişdir ki, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz

Qanunvericiliyə görə süni intellekt (AI) texnologiyalarından istifadə edərək şəxsin razılığı olmadan onun görüntüsünü və ya səsini manipulyasiya edənlər, saxta materiallar (deepfake) hazırlayan və yayanlar cinayət məsuliyyətinə cəlb edilir.

Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib”.

“Qanuna əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materiallar hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma 3 min manatdan 7 min manatadək cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər, habelə 3 ilədək azadlığın məhdudlaşdırılması, eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq”,- deyə o, fikirlərini sonlandırıb.

Ləman Sərraf


Bənzər xəbərlər