media-inshot_20260406_124325959

Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi səbəbindən hərəkət qismən məhdudlaşdırılıb.

Patrul.az xəbər verir ki, bu barədə AAYDA, FHN və DİN-nin Mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunub.

Məlumata görə, aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb:

“Yaranmış vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb.

Sürücülərdən alternativ olaraq “20-ci sahə” adlanan ərazi vasitəsilə hərəkət etməklə köhnə Salyan şossesindən istifadə etmələri xahiş olunur.

Hazırda ərazi nəzarətdə saxlanılır, vəziyyətin stabilləşdirilməsi və yolun təhlükəsiz istismarı üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür”, – deyə məlumatda bildirilib.


Bənzər xəbərlər