media-0358f645-3a19-4328-9cb0-009853d39d01

Biləcəri qəsəbəsinin Xurşidbanu Natəvan küçəsində mağaza sahiblərinin yol kənarına yerləşdirdiyi soyuducular piyadaların hərəkətinə mane olur. Əsas yolda sıxlıq yaranması isə yerli sakinlərin narazılığına səbəb olub.

Patrulaz.az-a verilən məlumata görə, şikayətçilərdən biri vurğulayıb ki, xüsusilə günün pik saatlarında insanların yolun avtomobillər üçün nəzərdə tutulmuş hissəsinə çıxmaq məcburiyyətində qalması təhlükəli vəziyyət yaradır. Hadisə ilə bağlı təqdim olunan görüntülərdə də piyadaların soyuducular səbəbindən çətinlik çəkdiyi açıq-aşkar görünür.

Xatırladaq ki, qanunvericiliyə əsasən, şəhər və qəsəbə yollarında piyadaların təhlükəsiz hərəkətinin təmin olunması üçün səki və piyada zolaqları açıq saxlanmalıdır. Bu kimi hallarda müvafiq icra orqanları obyekt sahiblərini məsuliyyətə cəlb edə bilər.

Qeyd edək ki, bu Biləcəri qəsəbəsində ilk belə hal deyil. Daha əvvəl də qəsəbədə piyadaların hərəkətinə mane olan obyektlər barədə sakinlərin şikayətləri qeydə alınıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər