Binəqədidə tullantıların yığıldığı sahədə baş verən yanğın söndürüldü
Binəqədidə tullantıların yığıldığı ərazidə yanğın olub.
Patrul.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində təkər və məişət tullantılarının yığıldığı sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Görülən operativ tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilməyib və alov qısa müddətdə söndürülüb.






