Bir ayda zəhərlənmə səbəbilə 3 ölüm, 99 müraciət
İyun ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə müxtəlif səbəblərdən zəhərlənmə diaqnozu ilə 99 nəfər hospitalizasiya olunub.
Patrulaz.az xəbər verir ki, bu barədə KTM-dən məlumat verilib.
Bildirilib ki, zəhərlənən şəxslərdən 37 nəfəri dərman preparatlarından, 27-si sirkə turşusundan, 5 nəfəri isə fosfor üzvi birləşmələrdən zəhərlənib. Həmçinin 1 nəfər yandırıcı məhlul, 2 nəfər spirtli içki səbəbindən zəhərlənmə ilə xəstəxanaya qəbul olunub.
Tibbi yardıma müraciət edən digər şəxslər arasında 17 nəfər ilan sancması, 7 nəfər müxtəlif mənşəli allergik reaksiya, 2 nəfər botulizm və 1 nəfər həşərat dişləməsi diaqnozu ilə qeyd alınıb.
Mərkəzdən bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3 nəfərin – 1 qadın və 2 kişinin həyatını xilas etmək mümkün olmayıb. Ölüm hallarının sirkə turşusu və dərman zəhərlənməsi səbəbindən baş verdiyi qeyd olunub.