Xalq artisti Flora Kərimovanın son durumu açıqlandı
Xalq artisti Flora Kərimovanın son durumu açıqlanıb.
Patrul.az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Azərbaycanın Xalq artisti, məşhur estrada və opera müğənnisi Flora Kərimovanın rəsmi bioqrafı və köməkçisi Əli Davud məlumat verib.
O qeyd edib ki, Flora Kərimovanın müalicə prosesi hazırda davam edir:
“Ciddi bir şey yoxdur. Flora xanımın nə vaxt xəstəxanadan evə buraxacağı bilinmir. Təzyiq problemi olduğu üçün evə çıxarmağa tələsmirik. Flora xanım illər öncə mikroinsult da keçirib və ürək, qan-damar sistemində problemlər var idi. Flora xanımın bir ay sonra 85 yaşı olacaq. Övladı Zümrüd xanım və nəvəsi artıq yanındadır. Səhhətinin tam bərpası istiqamətinə tibbi tədbirlər görülür. Yaradandan tezliklə sağalmasını diləyirik”.
Qeyd edək ki, 84 yaşlı Xalq artisti Flora Kərimovanın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da Xalq artistinə baş çəkib.






