media-img_7704

15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixinin ən əlamətdar səhifələrindən biridir. Bu əlamətdar gün dövlətçiliyimizin qorunub saxlanılmasında və ölkənin gələcək inkişaf yolunun müəyyənləşdirilməsində mühüm rol oynayıb.

1993-cü ilin iyun ayında Azərbaycanda dərin ictimai-siyasi böhran hökm sürürdü. Ölkədə xaos və anarxiya baş alıb gedir, vətəndaş qarşıdurması təhlükəsi getdikcə artırdı. Məhz belə bir mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdaraq ölkəni ağır vəziyyətdən çıxardı.

1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkənin taleyində dönüş nöqtəsi oldu. Bu tarix sonradan Milli Qurtuluş Günü kimi tarixə düşdü.

Ulu Öndərin rəhbərliyi ilə ölkədə sabitlik təmin edildi, dövlət institutları möhkəmləndirildi, hüquqi və demokratik dövlət quruculuğunun əsası qoyuldu. Azərbaycanın müstəqilliyinin qorunması, beynəlxalq nüfuzunun artırılması və sosial-iqtisadi inkişafı istiqamətində mühüm addımlar atıldı.

Bu gün Azərbaycan xalqı 15 İyun – Milli Qurtuluş Gününü dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri kimi qeyd edir və həmin günün ölkəmizin inkişafında oynadığı müstəsna rolu yüksək qiymətləndirir.


Bənzər xəbərlər