media-inshot_20260202_105926124

“Mən heç vaxt Qrenlandiyanı 51-ci ştat etmək niyyətində olmamışam. Mən Kanadanı 51-ci ştat etmək istəyirəm. Qrenlandiya 52-ci ştat olacaq. Venesuela isə 53-cü ştat ola bilər”.

Patrul.az-ın xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən elit Alfalfa Club şam yeməyi zamanı deyib.

Tramp planın heç vaxt Qrenlandiyanı ABŞ-ın 51-ci ştatı etmək olmadığını, əksinə bu “rolu” Kanadanın tutacağını söyləyib.

ABŞ Prezidenti daha sonra Qrenlandiya ilə bağlı belə açıqlama verib:

“Biz Qrenlandiyanı işğal etməyəcəyik. Biz onu satın alacağıq”.

Məlumata görə, onun bu sözlərinə şam yeməyində oturanların bəziləri gülərüz, bəziləri isə səssiz reaksiya verib.

Daha sonra Tramp zarafat etdiyini etiraf edib.


Bənzər xəbərlər