media-066cf9e3-172e-4214-96fc-6021453bbccd

Şanlıurfada kişi boşanmaqda olduğu həyat yoldaşını qətlə yetirib.

Patrulaz.az” Haberglobal”a istinadən xəbər verir ki, Şanlıurfanın Əhməd Yəsəvi məhəlləsində boşanma ərəfəsində olan 39 yaşlı Zeliha Yorgun 43 yaşlı həyat yoldaşı Həsən Yorgun tərəfindən bıçaqlanaraq öldürülüb.

Hadisənin qadının mobil telefonunda başqa bir şəxslə mesajlaşmasının səbəb olduğu mübahisə zəminində baş verdiyi bildirilir.

media-251879df-17aa-4291-bb07-577e0ba64aae
Polisin verdiyi məlumata görə, hadisə zamanı Həsən Yorgun arvadının yaşadığı evə əşyalarını almaq üçün gəlib. Onun sözlərinə görə, həmin vaxt Zeliha Yorgunun başqa bir şəxsə mesaj və foto göndərdiyini görüb və bu səbəbdən aralarında mübahisə yaranıb.

Cinayəti törədən şəxs polisə ifadəsində bunları deyib: “Telefonu götürəndə mesajları gördüm. Soruşduqda məni təhqir etdi, mübahisə böyüdü, sonra özümü itirib mətbəxdən bıçaq götürdüm və onu vurmağa başladım. Çox peşmanam”.

Hadisə yerinə çağırılan təcili yardım briqadası Zeliha Yorgunu ağır vəziyyətdə xəstəxanaya çatdırsa da, qadın həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Həsən və Zeliha Yorgun boşanma üçün məhkəməyə müraciət etmişdilər və onların işi aprelin 25-də baxılmalı idi. Cütlük bir müddətdir ayrı yaşayırdı.

Qeyd edək ki, qətlə görə saxlanılan Həsən Yorgun polis əməliyyatlarının ardından məhkəməyə çıxarılıb və barəsində həbs qərarı verilib.
Cütlüyün azyaşlı iki övladı dövlət himayəsinə götürülüb, 18 yaşdan yuxarı olan qızları isə atanın atasına təhvil verilib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər