media-inshot_20260225_125008366

Dünən İngiltərədə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən matçda “Qarabağ” “Nyukasl”a 3:2 hesabla məğlub oldu. 

Matç temp, fiziki güc və oyun sürəti baxımından ciddi fərqlərlə yadda qaldı. Azarkeşlərin böyük gözləntisi fonunda meydandakı mübarizə müxtəlif müzakirələrə səbəb oldu – bəziləri komandanın imkanları daxilində mübarizə apardığını düşünür, digərləri isə hesabın oyunu tam əks etdirmədiyini bildirir.

Maraqlıdır ki, azarkeşlər reallıq hissini itirib, yoxsa “Qarabağ” doğrudan da bu hesaba layiq olmayan futbol oynadı? 

media-inshot_20260225_125109493

“Azarkeş adlandırdığımız toplum arasında məsələlərə məntiqlə yanaşan adamlardan tutmuş, fanatik sevgisi ilə bəzən reallıqla barışmayan insanlara da rast gəlirik. Yəni, hər düşüncədə və tələblərdə olanları var. “Qarabağ”ın bu mərhələdəki rəqibini soyuq başla dəyərləndirsək, İngiltərə Premyer Liqasını təmsil edən, yaxşı heyətə malik olan komandadır. Buna qədər “Qarabağ” “Liverpul”a da iri hesabla məğlub olmuşdu. Belə komandalarla oynamaq, belə sürətlərə ayaq vermək çox çətindir. Hər halda “Nyukasl”la cavab matçındakı əzmkarlığa görə “Qarabağ”ı alqışlamaq lazımdır. Özlərində güc tapıb buraxılan qollardan ikisinə qarşılıq vermələri təqdirəlayiqdir. Dünən də görünürdü ki, rəqib bir qədər sürəti artıran kimi rahatlıqla qola yaxınlaşa bilirdi. Bu cür rəqiblərlə oynamağa alışmaq üçün “Qarabağ”a zaman, təcrübə lazımdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər